Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyaların ləğvinin yalnız hərbi əməliyyatların tam dayanması və münaqişənin nizamlanması ilə mümkün olacağını bəyan edib.
Referans Media xəbər verir ki, Ukrayna lideri sanksiyaların yumşaldılmasından əldə olunacaq iqtisadi mənfəətin insan həyatı və təhlükəsizlikdən daha vacib ola bilməyəcəyini vurğulayıb.
Zelenski öz bəyanatında bildirib: "Məhdudiyyətlərin götürülməsinin ABŞ, Rusiya, Asiya, Afrika, Avropa ölkələri və ya Ukrayna üçün nə dərəcədə iqtisadi cəhətdən sərfəli olması heç bir əhəmiyyət kəsb etmir.
Sanksiyalar Rusiyanın təcavüzünə, torpaqlarımızın zəbt olunmasına, qanunsuz işğala və qətllərə cavab olaraq tətbiq edilib. Buna görə də onların ləğvi yalnız müharibənin başa çatması, diplomatik nizamlanma, Ukraynanın bərpası və təhlükəsizlik zəmanətləri ilə bağlı ola bilər".
