Hökməli, Qobu və Güzdək sakinlərinin diqqətinə!

Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir-bərpa işləri davam etdirilir.

Referans Media xəbər verir ki, hazırda ərazidə yol yatağının hazırlanması işləri görülür. Yolun su altında qalmasının qarşısını almaq məqsədilə drenaj sisteminin qurulması, suötürücü boruların və yağış barmaqlıqlarının quraşdırılması nəzərdə tutulur.

İşlərin qısa müddətdə yekunlaşdırılması və yolda nəqliyyatın hərəkətinin bərpası planlaşdırılır./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki