Bərdədə bədbəxt hadisə baş verib.
Referans Media-ın əldə etdiyi məlumata görə hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb.
Kənd sakini, 1947-ci il təvəllüdlü 79 yaşlı kişi ağac kəsən zaman ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb. Nəticədə o, suda boğularaq həyatını itirib.
Mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/
