Bakıda təkər tullantıları yığılan ərazidə YANĞIN

Bakının Binəqədi rayonunda təkər tullantıları yığılmış sahədə yanğın baş verib.

Referans Media  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində mübarizə tədbirləri davam etdirilir.

FHN hadisə ilə bağlı əlavə məlumatın veriləcəyini bildirib./bakıvaxtı.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki