Azərbaycana çatdırılma edən şirkətin anbarı belə vuruldu - VİDEO

Dağıstanda, təxminən 130 min kvadratmetr sahəni əhatə edən "Tübe" sənaye parkındakı "Ozon" şirkətinin böyük logistika kompleksinə zərbə endirilib.

Referans Media  xarici KİV-ə istinadən xəbər verir ki, hücumdan sonra kompleksin ərazisində genişmiqyaslı yanğın baş verib.

Obyekt Şimali Qafqazda "Ozon" üçün mühüm logistika əhəmiyyətinə malik idi - orada əhəmiyyətli miqdarda mal və sifarişlər emal olunurdu və şirkətin regiondakı logistika şəbəkəsinin əsas qovşaqlarından biri hesab edilirdi.

Bundan əlavə, kompleks beynəlxalq logistika üçün də vacib idi - beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycana və İrana təchizatların inkişafı üçün regional mərkəz hesab olunurdu./unikal.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki