Azərbaycanda 23 mindən çox insanı heyvan dişləyib

Respublika üzrə 2026-cı ilin ilk altı ayı ərzində 23293 heyvan dişləməsi qeydə alınıb.

Referans Media  xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.

“Bunlardan 11670 hadisə məlum heyvanlar (it, pişik), 11108 hadisə naməlum heyvanlar (it, pişik, siçovul) tərəfindən olub. Heyvan dişləməsinə məruz qalanlarların quduzluğa qarşı antirabik vaksinlə əhatə olunması təmin edilib. Hazırda tibb müəssisələrində kifayət qədər antirabik vaksin var”, – o bildirib.

Şöbə müdiri qeyd edib ki, insanlar tibb məntəqəsinə nə qədər tez müraciət etsələr, müalicə və sağalma prosesi o qədər tez baş verər:

“Ev şəraitində müalicə kursu heç bir halda həyata keçirilə bilməz. Yalnız həkim nəzarəti altında vaksinasiya prosesi tamamlanmalıdır”./Globalinfo.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki