İordaniya Silahlı Qüvvələri İrandan ölkə ərazisinə doğru atılan 5 raketin hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq məhv edildiyini açıqlayıb.
İordaniyanın rəsmi PETRA agentliyinin yaydığı məlumata görə, ordunun sözçüsü bildirib ki, raketlər səhər saatlarında müşahidə və izləmə əməliyyatları zamanı müəyyən edilərək zərərsizləşdirilib.
Sözçü vurğulayıb ki, İordaniya Silahlı Qüvvələri ölkənin hava məkanını, təhlükəsizliyini və suverenliyini qorumağa davam edir və vətəndaşların təhlükəsizliyini təhdid edən heç bir cəhdə imkan verilməyəcək.
