Ceyranbatan-Maştağa magistral su xəttində qəza

Ceyranbatan - Maştağa xəttinin 6-cı kilometrində diametri 1200 mm olan xəttin istismar müddəti bitmiş 22 metr qəzalı hissəsi yenisi ilə əvəzlənib.

Bu barədə Referans Media-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentlindən məlumat verilib.

Məlumata götə, işlər fasiləsiz şəkildə aparılıb. Hazırda təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Növbəti mərhələdə xəttin yuyulması, içməli su ilə doldurulması, müvafiq anbarlara çatdırılması və ərazidaxili xətlərə ötürülməsi prosesi həyata keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki