“Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığımız zamanı məni yenidən baş nazir seçilməyim münasibətilə təbrik etmədi”.
Referans Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, Putin istəmədiyi üçün onu təbrik etməyib:
“Məni təbrik etmədi, amma bu zaman sual yaranır, o, kiminlə danışmış oldu? Biz söhbət zamanı yaxın zamanda görüşmək barədə razılığa gəldik. Lakin hələlik dəqiq tarix müəyyənləşməyib”./Globalinfo.az/
