Oğuzda 2 avtomobil toqquşub.
Referans Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.
“Mercedes” və “VAZ-2109” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ” ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizəd oğlu Məmmədəliyev dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/
