Yaponiya hökuməti açıqlayıb ki, 2025-ci ildə ölkədə Yaponiya vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 917 min nəfər azalaraq 119 milyon 736 min 483 nəfərə enib. Bu, 1968-ci ildən bəri qeydə alınan ən böyük illik azalma olmaqla yanaşı, son 42 ildə ilk dəfə yerli əhalinin sayının 120 milyondan aşağı düşməsi deməkdir.
Rəsmi məlumatlara görə, ötən il ölkədə təxminən 670 min doğum, 1,6 milyon ölüm qeydə alınıb. Buna qarşılıq, daimi yaşayan əcnəbilərin sayı 354 min nəfər artaraq 4 milyon 31 min 159 nəfərə çatıb.
Mütəxəssislər əhalinin azalmasını əsasən doğum səviyyəsinin aşağı düşməsi və cəmiyyətin sürətlə qocalması ilə əlaqələndirirlər.
