Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

İyulun 30-31-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.

Bu barədə Referans Media-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki