Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: məktəblərdə 29 gün...

Məktəblərdə ilin sonunadək 29 gün tətil olacaq.

Referans Media xəbər verir ki, 2026-cı ilin sonunadək ümumi təhsil müəssisələrində şagirdləri bir neçə istirahət və tətil günü gözləyir.

Belə ki, beşgünlük iş həftəsi tətbiq olunan məktəblərdə ilin sonunadək ümumilikdə 29 gün, altıgünlük tədris həftəsi olan məktəblərdə isə 16 gün tətil və istirahət günü olacaq.

Məktəblilər üçün ilin sonunadək istirahət günləri arasında 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü, eləcə də 10 Noyabr tarixindəki əlavə istirahət günü də yer alır.

Bundan başqa, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar həmin gün də məktəblərdə dərs olmayacaq.

Şagirdləri həmçinin payız tətili gözləyir. Payız tətilinin dəqiq tarixləri hələ açıqlanmayıb.

Qeyd edək ki, 2026-cı il üzrə iş və istirahət günlərinin bölgüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi istehsalat təqvimi əsasında müəyyənləşdirilib./ajans.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki