Dövlət Məşğulluq Agentliyinin (DMA) şöbə müdiri vəzifəsindən ayrılıb.
Referans Media xəbər verir ki, bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Murad Əsgərzadə öz istəyi ilə DMA-nın Sosial tərəfdaşlarla iş departamentinin Sosial əməkdaşlıq şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Qeyd edək ki, M.Əsgərzadə 2023-cü ildən bu vəzifədə çalışırdı./iqtisadiyyat.az/

