Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən istifadəyə verilmiş mənzillərin sayı son illərdə artıb.
Referans Media bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, “Azərbaycanda tikinti” statistik məcmuəsində əhalinin hər 1000 nəfərinə düşən istifadəyə verilmiş mənzillərin sayı və onların ümumi sahəsi ilə bağlı göstəricilər açıqlanıb.
Məlumata görə, 2024-cü ildə hər 1000 nəfərə 2,5 mənzil düşdüyü halda, 2025-ci ildə bu göstərici 3,7-yə yüksəlib. Eyni zamanda, hər 1000 nəfərə düşən istifadəyə verilmiş mənzillərin ümumi sahəsi 2024-cü ildə 284 kvadrat metr olduğu halda, 2025-ci ildə 471 kvadrat metr təşkil edib.
Statistik göstəricilərə əsasən, 2000-ci ildə hər 1000 nəfərə cəmi 0,7 mənzil düşüb. Bu göstərici 2010-cu ildə 2,0, 2015-ci ildə 1,7, 2018-ci ildə 1,7 olub.
Ən yüksək göstərici 2019-cu ildə qeydə alınıb. Həmin il hər 1000 nəfərə 8,8 mənzil düşüb və istifadəyə verilmiş mənzillərin ümumi sahəsi 953 kvadrat metr təşkil edib. 2020-ci ildə isə göstəricilər müvafiq olaraq 5,0 mənzil və 522 kvadrat metr olub.
2021-ci ildən sonra göstəricidə yenidən artım müşahidə edilib: 2021-ci ildə 1,7, 2022-ci ildə 2,5, 2023-cü ildə 2,2, 2024-cü ildə 2,5 və 2025-ci ildə 3,7 mənzil.
