Dilan Polat yenidən SAXLANILDI - Görün nədə ittiham olunur

Türkiyədə tanınmış sosial media fenomeni Dilan Polat "Prezidenti təhqir etmə" ittihamı ilə saxlanılıb.

Referans Media  xəbər verir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, o, ifadə verməsi üçün məhkəmə binasına gətirilib.

İstintaqı hansı Baş Prokurorluğun apardığı, habelə ittihama səbəb olan paylaşımın və ya işlədilən ifadələrin məzmunu barədə hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, iyun ayında Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyinin müraciəti əsasında Ankara Sülh Cəza Məhkəməsinin qərarı ilə Dilan Polatın "Instagram" hesabına giriş məhdudlaşdırılmışdı. Qərarın ictimai qaydanın və əhalinin sağlığının qorunması məqsədilə qəbul edildiyi bildirilir.

Qeyd edək ki, Polat cütlüyü bir müddət əvvəl başqa bir hadisə ilə də gündəmə gəlmişdi. Belə ki, onların mühafizəçiləri və Engin Polatın əmisi oğlu Can Polat silahlı hücum nəticəsində həyatını itirmiş, hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq həbs olunmuşdular./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki