Mərkəzi Bankın (AMB) açıqladığı son statistik göstəricilərə əsasən, ölkədə kart limitlərinin tətbiqi nağdsız ödənişlərin həcminə birbaşa təsirini göstərib.
Referans Media xəbər verir ki, cari ilin iyul ayında 9 milyard 712 milyon manat təşkil edən nağdsız kart ödənişləri avqust ayında 8 milyard 888 milyon manata düşüb.
Nəticədə cəmi bir ay ərzində nağdsız ödənişlərin həcmində 824 milyon manatlıq azalma qeydə alınıb./“Yeni Sabah”/
