image-meyitkurbackend

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: 21 yaşlı oğlan 16 yaşlı qızı öldürərək Kürə ATDI

Sabirabadda qətl hadisəsi baş verib.

Referans xəbər verir ki, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.

Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.

Seyidrəsul Talıbzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda Kür çayında meyitin axtarışları aparılır.

Faktla bağlı araşdırma gedir (APA).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki