Yaralılardan “VAZ 2106” markalı avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Əlizamin Aslanov vəfat edib.
Referans Media bu barədə “Qafqazinfo”ya istinadla xəbər verir.
***
Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.
Referans Media APA-ya istinadla xəbər verir ki, qəza nəticəsində 2018-ci il təvəllüdlü Z. Vəliyeva və 1992-ci il təvəllüdlü H. Həmzəyeva həyatını itirib.
Hadisə zamanı 1981-ci il təvəllüdlü Ə. Aslanov, 1982-ci il təvəllüdlü A. Cəfərli, 1976-cı il təvəllüdlü Z. Hüseynova, 1976-cı il təvəllüdlü S. Hüseynli, 1973-cü il təvəllüdlü E. Hüseynov, 1972-ci il təvəllüdlü E. Hüseynli, 2021-ci il təvəllüdlü Q. Aslanov və 14 yaşlı Z. Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan bəzilərinin müalicəsi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, digərlərinin isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində davam etdirilir.
***
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Referans Media “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza nəticəsində 3-ü uşaq, 2-si böyük olmaqla ümumilikdə 5 nəfər hadisə yerində həlak olub.
Dünyasını dəyişən şəxslərin Şəmkir rayonunun Sarıtəpə kənd sakinləri olduğu bildirilir.
***
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan VAZ-2106 markalı avtomobillə KIA markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində dörd nəfər ölüb, xəsarət alanlar var.
Hadisə ilə bağlı araşdırma aparılır.
