Azərbaycanda ən yüksək əməkhaqqı hansı sahələrdədir? – SİYAHI

Əmək bazarında iş imkanlarının genişlənməsinə ən çox töhfə verən müəssisələr arasında banklar (8,2%), tikinti-quraşdırma şirkətləri (6,9%), otellər (4,9%) və tədris-təlim müəssisələri (4,7%) yer alır.

İşəgötürənlərin ən çox ehtiyac duyduğu kadrlar satış təmsilçiləri (8%), mühasiblər (6,6%) və satınalma-təchizat üzrə mütəxəssislərdir (3,2%).

Ən çox tələb olunan müstəqil peşələr isə sürücü, aşpaz və elektrik ustalarıdır.

Ümumilikdə 264 peşə və vəzifə qrupu üzrə qeydə alınan vakansiyaların yalnız 26,3%-ində əməkhaqqı açıq şəkildə göstərilib:

Orta əməkhaqqı – 965 manatMedian əməkhaqqı – 800 manatƏn çox təklif olunan əməkhaqqı intervalı – 601–1000 manat

Ən yüksək orta əməkhaqqı İKT, mühəndislik, memarlıq, proqramçılıq və layihə idarəçiliyi sahələrində müəyyən olunub.

Təhlillərə əsasən, 2025-ci ildə işəgötürənlər tərəfindən ən çox tələb olunan yumşaq bacarıqlar arasında ünsiyyət bacarıqları faiz nisbətilə üstünlük təşkil edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki