MTN generalı azadlığa çıxdı

Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev uzunmüddətli həbsdən sonra azadlığa çıxıb.

Referans Media  bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, general 10 il 6 aylıq həbs müddətini günə-gün başa vurub.

O, cəzasını sona qədər 9 saylı cəzaçəkmə müəssisəsində, ciddi rejim şəraitində çəkib.

Qeyd edək ki, MTN-in vaxtlarında yüksək vəzifələrdə çalışan E.Quliyev 2015-ci ildə həbs edilib. O, rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və başqa ağır cinayətlərdə təqsirli bilinib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki