İran və region ölkələrinin iştirakı ilə Omanda görüş keçiriləcək. Görüşdə əsas diqqətin Hörmüz boğazındakı vəziyyətə və regionla bağlı digər məsələlərə yönəldiləcəyi gözlənilir.
Referans Media xəbər verir ki, bu barədə “Reuters”ə yüksək vəzifəli iranlı məmur məlumat verib.
Onun sözlərinə görə, görüşdə yazılı razılaşmanın əldə olunması ehtimalı azdır. Məmur bildirib ki, toplantı Omanın təşəbbüsü ilə keçirilir.
İran isə Hörmüz boğazından keçən gəmilərdən rüsum toplamasına imkan verəcək razılaşmanın əldə olunmasında maraqlıdır. Oman isə bu təklifə qarşı çıxır.
Qeyd edək ki, İran və Oman artıq bir neçə aydır Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı danışıqlar aparır./Globalinfo.az
