Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir

Azərbaycanda döl hamilə qadının qaraciyərində inkişaf edib.

Referans Media Lent.az-a istiandla xəbər verir ki, qadının ultrasəs müayinəsinin görütüntülərini radioloq sosial şəbəkədə paylaşıb.

O bildirib ki, tibbdə belə hallar olduqca nadir olsa da, mümkündür.

Bu zaman mayalanmış yumurta normal olaraq uşaqlığın daxilinə yerləşmək əvəzinə qarın boşluğunda, o cümlədən qaraciyərin səthində implantasiya edərək inkişaf etməyə başlayır.

Qaraciyər nahiyəsində ektopik hamiləlik ciddi və həyati təhlükə yaradan vəziyyət hesab olunur.

Hamiləlik vaxtında aşkarlanıb sonlandırılmadıqda ananın ölümü baş verə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki