Azərbaycanda nəqliyyat vasitələri ilə yük daşımaları artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat vasitələri ilə 205 milyon 52,2 min ton yük daşınıb.

Referans Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, hesabat dövründə yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artıb.

Yük daşımalarının əsas hissəsi avtomobil nəqliyyatının payına düşüb. Belə ki, yanvar-oktyabr aylarında avtomobil nəqliyyatı ilə 130 milyon 387,6 min ton yük daşınıb ki, bu da illik müqayisədə 6,9% çoxdur. 

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki