Güclü külək əsəcək – Xəbərdarlıq

Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Referans Media xəbər verir ki, bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Qobustan, Gəncə, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Ağdam, Ağcabədi, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki