Türkiyədən Suriya ilə bağlı SON DƏQİQƏ QƏRARI - Ərdoğan imzaladı

Suriyada fəaliyyət göstərən Türkiyə universitetlərinin 6 akademik bölməsi bağlanacaq.

Referans Media xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Qərara əsasən, Qaziantep Universiteti və Səhiyyə Elmləri Universitetinə bağlı 4 fakültə və 2 peşə məktəbinin fəaliyyəti dayandırılacaq.

Yeni tənzimləməyə əsasən, Qaziantep Universitetinin Afrin, Əzəz və Əl-Babdakı fakültələri, eləcə də Cerablusdakı peşə məktəbi Hələb Universitetinin nəzdində fəaliyyətini davam etdirəcək. Səhiyyə Elmləri Universitetinin Çobanbəydəki akademik bölmələri isə müvafiq Suriya ali təhsil müəssisələrinin tabeliyinə veriləcək.

yok-ten-suriye-deki-akademik-birimlerin-devri-20448754_o.jpg (60 KB)

Türkiyənin Ali Təhsil Şurası (YÖK) bununla bağlı açıqlamasında bildirib ki, qərar Türkiyə ilə Suriya arasında ali təhsil sahəsində imzalanmış əməkdaşlıq razılaşması çərçivəsində qəbul edilib.

Qeyd olunub ki, keçid prosesi zamanı tələbələrin akademik hüquqlarının təmin edilməsi, təhsillərinin yarımçıq qalmaması və məzunların hər hansı problemlə üzləşməməsi üçün lazımi tədbirlər görüləcək.

Açıqlamada Türkiyənin Suriyada ali təhsil sahəsindəki gələcək fəaliyyətinə də aydınlıq gətirilib. Qeyd olunub ki, Ankara bundan sonra da Suriyanın ali təhsil sisteminə dəstəyini davam etdirəcək, lakin bu dəstək Suriya universitetlərinin institusional və akademik imkanlarının gücləndirilməsinə yönəldiləcək./Musavat.com

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki