Milyarder Tatyana Kim “Wildberries” şirkətinin baş direktoru vəzifəsindən istefa verib.
Referans Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, Aleksey Kulikov Kimi “Wildberries” MMC-nin baş direktoru vəzifəsində əvəz edib.
Wildberries & Russ (RWB) şirkətinin mətbuat xidməti bununla bağlı Kimin RWB Qrupunun strateji inkişafına diqqət yetirməyə davam etdiyini bildirib. Onlar qeyd ediblər ki, Wildberries MMC 2024-cü ildən bəri RWB Qrupunun bir hissəsidir.
"Bütün əməliyyat fəaliyyətləri qrupun ana şirkəti olan RWB-yə köçürülüb. Ekosistem formalaşdıqca, yeni şirkətlər əldə edildikcə və Wildberries qrupun bəzi aktivlərinin mülkiyyətini saxladıqca, baş direktorun dəyişməsi şirkətin əməliyyatlarına təsir etməyən bir hərəkətdir", - deyə “Forbes”ə daxil olan açıqlamada bildirilir.
Qeyd edək ki, 50 Tatyana Kim əvvəllər Tatyana Bakalçuk kimi tanınırdı. Koreya əsilli iş qadını ixtisasca ingilis dili müəllimidir.
O, 2004-cü ildə analıq məzuniyyətində olarkən Moskvadakı mənzilində Wildberries onlayn mağazasını yaradıb. Sonradan həyat yoldaşı, informasiya texnologiyaları sahəsində çalışan Vladislav Bakalçuk da biznesə qoşulub.
