Krım körpüsünə hücumlardan əvvəl də Rusiya ordusu Ukraynanın körpülərinə raket və pilotsuz uçuş aparatları ilə 109 hücum edib.
Referans Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın müdafiə üzrə dövlət katibi Ues Stritinq ilə görüşdə bildirib.
“Əvvəla, qeyd etmək lazımdır ki, hətta bizim cavabımızdan - yəni Krım körpüsünə zərbədən əvvəl də Putin Ukrayna körpülərinə 109 raket və PUA hücumu həyata keçirib. Bir dəfə deyil, iki dəfə deyil - raket və dronlardan istifadə etməklə 109 hücum həyata keçirilib”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiyanın hərəkətləri Prezident Vladimir Putinin müharibəni bitirmək niyyətində olmadığını və eskalasiyanı daha da artırmaq üçün “bir-birinin ardınca” bəhanələr tapmaq istədiyini nümayiş etdirir.
Ukrayna Prezidenti vurğulayıb ki, videomateriallarda təsdiqləndiyi kimi, Krım körpüsündən Rusiyanın hərbi logistikası, o cümlədən tankların, artilleriya və digər hərbi texnikanın müvəqqəti işğal olunmuş Krıma daşınması üçün istifadə olunub.
