Azərbaycanda orta aylıq əmək haqqı nə qədər olacaq?

Gələn il nominal orta aylıq əmək haqqı 8,7% artacaq, 1288,30 manata çatacaq.

Referans Media xəbər verir ki, bu, 2027-ci İL Büdcə Zərfində əksini tapıb.

Büdcə zərfinə əsasən, bu göstərici 2026-cı il üzrə 1185,5 manat, 2027-ci il üzrə isə 1288,30 manat səviyyəsində proqnozlaşdırılıb. Göründüyü kimi, nominal orta aylıq əmək haqqının cari illə müqayisədə artım tempi 8,7% səviyyəsində nəzərdə tutulub. Halbuki əhaliyə ödənişlər üzrə xərclər cari ilin proqnoz və gözlənilən icra göstəriciləri ilə müqayisədə müvafiq olaraq 9,2% və 10,9% artımla proqnozlaşdırılmışdır./"Unikal"/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki