AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin İcraçı direktoruna müşavir təyin edilib.
Bu vəzifə Süleyman Rəhimova həvalə olunub.
Referans Media xəbər verir ki, S.Rəhimov 2024-2025-cı illərdə qurumda İcraçı direktorun köməkçisi, 2025-2026-cı illərdə isə, məhsul sahibi (Product Owner) vəzifələrində çalışıb. 2022-2024-cü illərdə isə, Azərbaycan Turizm Bürosunda müxtəlif vəzifələrdə işləyib.
Xatırladaq ki, Milli Süni İntellekt Mərkəzinin İcraçı direktoru Tuncay Bağırovdur./Plat.az/
