İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək.
Referans Media Report-a istinadla xəbər verir ki, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək.
O, noyabrın 23-də Bakıda Azərbaycan-İtaliya biznes-forumuna qatılacaq. Forumda iştirak etmək üçün XİN rəhbərini energetika, infrastruktur və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkətinin nümayəndəsi müşayiət edəcək.
