Prezident Nailə İslamzadəni TƏLTİF ETDİ

Xəbər verdiyimiz kimi,Prezident İlham Əliyev bir neçə media nümayəndəsini təltif edib.


Referans Media  bildirir ki,3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunanlar sırasında teleaparıcı Nailə İslamzadə də var.


Nailə İslamzadə 2 noyabr 1961-ci ildə Balakən rayonunda anadan olub. Evin sonbeşiyi olan Nailənin özündən başqa dörd böyük qardaşı olub.Nailə tələbəlik illərində rəfiqələrinin təkidi ilə diktorluq müsabiqəsinə qatılır və müsabiqə yolu ilə dörd yüz nəfərin içərisindən seçilərək Azərbaycan Dövlət Televiziyasında işə qəbul olunur.


İlk dəfə 1983-cü il fevralın 19-da efirə çıxaraq “hörmətli tamaşaçılar, bir neçə dəqiqədən sonra “Zəngli saat” və “Sovet ittifaqına xidmət edirəm” verilişləri transilasiya olunacaq” deyir. Bu sözlərdən sonra diktor Rafiq Hüseynov rejissor pultunun ardından ayağa qalxıb Nailəni qucaqlayır və ona deyir: “Təbrik edirəm Nailə! İndi səni bütün Azərbaycan tanıdı”.

Nailə İslamzadə diktor, aparıcı, jurnalist kimi fəaliyyət göstərib. İşlədiyi müddət ərzində "Xəbərlər" proqramının əsas aparıcılarından biri, dövlət bayramlarına həsr olunmuş proqramların və tədbirlərin, televiziyada çoxsəpkili verilişlərin aparıcısı, on il ərzində "Ailələr, talelər" verilişinin müəllifi və aparıcısı olub.


O, 1998-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb. Uzun müddət Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində işləyib. Eyni zamanda Türkiyənin “TRT AVAZ” kanalında yayımlanan "İş'te kadın" proqramının aparıcısı olub. 2019-cu ilin sentyabr ayından etibarən İTV-də çalışır. Hazırda Saleh Bağırovla birlikdə "Ötən günlər" proqramının aparıcısıdır./Oxu24.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki