Formula 1 və Formula 2 yarışları ilə əlaqədar vergi güzəştlərinin müddəti uzadılır

Azərbaycanda Formula 1 və Formula 2 yarışları ilə əlaqədar vergi güzəştlərinin müddəti 3 il uzadılır.

Referans Media  xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Qanun layihəsinə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı üzrə ƏDV-dən azadolmanın müddəti də 3 il uzadılacaq.

Bundan əlavə, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri tərəfindən həyata keçirilən dəmir yolu-avtomobil kombinə edilmiş tranzit daşımaları üzrə yol vergisindən azadolmaların 2 il müddətinə uzadılması təklif edilir./"Report"/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki