Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bir qrup televiziya və radio işçisi təltif edilib.
Referans Media xəbər verir ki, təltif olunanlar sırasında "APA Media Group"un tərkibinə daxil olan "APA TV"nin əməkdaşları Rəsulova İlhamə Loğman qızı və Ziya Allahyarov da var.
Onlar dövlət başçısının sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüblər.
Qeyd edək ki, İlhamə Rəsulova bundan əvvəl Lent.az-ın əməkdaşı olub.
