Azərbaycanda suçiçəyi yayılıb?-RƏSMİ

Bu aralar uşaqlar arasında kütləvi şəkildə suçiçəyi xəstəliyinin yayıldığı ilə bağlı iddialar dolaşır. 

Referans Media-nın xəbərinə görə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-ın sorğusuna bildirildi ki, ölkə üzrə xəstəliyin kütləvi yayılması müşahidə edilmir:

“Suçiçəyi xəstəliyi mövsümi xarakter daşıdığı üçün adətən payız-qış aylarında qeydə alınır. Ölkə üzrə xəstəliyin kütləvi yayılması müşahidə edilmir. Xəstəlikdən qorunmaq üçün yoluxmuş şəxslərlə təmasda olmamaq, əlləri tez-tez yumaq və şəxsi gigiyena qaydalarına riayət etmək tövsiyə olunur.

Respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət nəzarət altındadır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki