Rövşən Məmmədov onu vəzifəsindən azad etdi - FOTO

Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr dəyişikliyi baş verib. Şirkətin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Seyidov tutduğu vəzifədən ayrılıb.

Bu barədə Rüfət Seyidov öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, paylaşımında bu sözləri qeyd edib: "AzTV-də Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsində fəaliyyətimi yekunlaşdırdım. Bu müddətdə xeyli iş gördüm və xeyli gözəl insan tanıdım. Mediada dəyərli yoldaşlarla çiyin-çiyinə çalışdım. Möhtəşəm insanlardan ibarət komanda qurduq və hədəflərə çatdıq. AZTV mənə çox şeyi öyrətdi. Bu ailənin bir üzvü olmaq mənim üçün çox xoş idi. Komandama uğurlar arzulayıram. Çünki onlar hər şeyin ən yaxşısına layiqdirlər. Uğur olsun AzTV. Yanımda olanlar, dəyərinizin fərqindəyəm".

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki