Babək ağır qəza – ana və üç övladı xəsarət aldı – FOTO

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Referans  Media  report-a istinadən xəbər verir ki, hadisə rayonun Badaşqan və Yarımca kəndlərinin kəsişməsində qeydə alınıb.

“VAZ 2107” və “KIA” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar Əliyeva Nuriyyə Ağası qızı və övladları – Əliyeva Mələk Sevindik qızı, Əliyeva Fatma Sevindik qızı və Əliyev İlham Sevindik oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakt araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki