image-jpeg-goruntusubackend

Bakı metrosunda yaşanan həyəcanlı anlarla bağlı RƏSMİ AÇIQLAMA

Bakı metrosunda qatarda tüstülənmə olması həqiqəti əks etdirmir.

 

Referans Media  xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

 

O bildirib ki, sərnişinin iddiası əsassızdır:

 

“Metroda heç bir hadisə baş verməyib. Tüstülənmə olarsa, qatar saxlanılır, texniki nasazlığın olub-olmaması üçün qatar yoxlanır. Amma deyilən heç bir hadisə baş verməyib. Hər hansı hadisə baş verərsə, buna operativ şəkildə reaksiya verilir”./Oxu.az

 

 

Bakı metrosunda qatarda tüstülənmə baş verib.

 

Referans Media xəbər verir ki, bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.

 

Sərnişinlər bildiriblər ki, metronun “28 may” stansiyasında qatarda tüstülənmə olub.

 

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki