Bakıda avtobuslarla bağlı YENİLİK - Dayanacaqlar dəyişdirildi

21, 30, 120 və 46 nömrəli marşrutların dayanacaq yerlərində dəyişiklik edilib.

Bu barədə Referans Media-ya BakuBus MMC məlumat yayıb.

Məlumata görə, 21 və 30 nömrəli marşrutların son dayanacağı artıq Puşkin küçəsində, Səməd Vurğun heykəlinin qarşısında olacaq. İşıqfora yaxın hissədə 21 nömrəli avtobus, onun arxasında isə 30 nömrəli avtobus dayanacaq. Marşrutlar öz sxemləri üzrə Dilarə Əliyeva küçəsi ilə hərəkətə başlayacaq. 

120 və 46 nömrəli marşrutların dayanacaqları isə 28 May metrosuna işıqfordan daxil olan hissədə dəyişdirilib. Şarj stansiyasına yaxın, 30 nömrəli marşrutun əvvəlki dayanacağında 120 nömrəli avtobus, onun arxasında, 21 nömrəli marşrutun əvvəlki dayanacağında isə 46 nömrəli avtobus dayanacaq.

BakuBus MMC sərnişinlərdən yeni dayanacaq yerlərini nəzərə almalarını xahiş edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki