Ölkə üzrə 17-31 avqust tarixlərində 16 922 uşağa ümumilikdə 23 202 peyvənd tətbiq edilib.
Bu barədə Referans Media-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, peyvəndləmə tədbirləri TƏBİB tərəfindən təsdiq edilmiş İmmunizasiya üzrə Tədbirlər Planına uyğun olaraq həyata keçirilir.
Plan çərçivəsində ilkin səhiyyə müəssisələrində uşaqların immunizasiya statusu qiymətləndirilir, peyvənddən kənarda qalmış və natamam immunizasiya olunmuş uşaqlar müəyyənləşdirilir.
Eyni zamanda valideynlər arasında maarifləndirmə işləri aparılır və uşaqların yaşına uyğun peyvəndlərlə tam əhatə olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
