Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Referans Media xəbər verir ki, 1992-ci il təvəllüdlü Cəlilov Elvin Tofiq oğlu idarə etdiyi "Mercedes E 200" markalı, avtomobil ilə Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində 1966-cı il təvəllüdlü Nağıyeva Mehriban Bəşir qızını vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır./Modern.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki