Paytaxtda motosiklet qaçıran şəxslər saxlanılıblar.
Referans Media xəbər verir ki, paytaxtın Nəsimi, eləcə də Binəqədi rayonlarında "Yamaha” və "Tufan” markalı motosikletlər qaçırılıb.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Musayev, Ə.Mustafayev, əvvəllər məhkum olunmuş H.Baxşıyev və Ş.Qəfərov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır./AZXEBER.COM/
