Meta Avstraliyada 16 yaşdan aşağı istifadəçilərə aid 756 min hesabı bağlayıb

ABŞ-ın texnologiya şirkəti Meta, Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun çərçivəsində 756 min Instagram və Facebook hesabına girişi bloklayıb.

Referans Media xəbər verir ki, Şirkətin məlumatına görə, yoxlamalar nəticəsində 462 min Instagram və 294 min Facebook hesabının 16 yaşdan aşağı istifadəçilərə aid olduğu müəyyən edilərək bağlanıb. Yoxlamaların süni intellekt əsaslı sistemlərlə davamlı aparıldığı və hesab sayının artacağı bildirilib.

Avstraliyada yaş məhdudiyyəti

16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişini məhdudlaşdıran qanun 10 dekabr 2025-ci ildə qüvvəyə minib. Qanun Instagram, Facebook, TikTok, YouTube, Snapchat, X, Reddit, Twitch, Threads və Kick kimi platformalara şamil olunur.

Avstraliya hökuməti bu yolla alqoritmlərin və zərərli məzmunların uşaqlar və yeniyetmələrə mənfi təsirini azaltmağı hədəfləyir.

Qanunun tələblərinə əməl etməyən şirkətləri isə 49,5 milyon Avstraliya dollarınadək cərimə gözləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki