Almaniyada isti hava səbəbindən ölənlərin sayı 12 500-ə çatıb

Almaniyada bu il həddindən artıq isti hava ilə əlaqəli olaraq təxminən 12 500 nəfərin həyatını itirdiyi bildirilib.

Referans Media xəbər verir ki, Robert Kox İnstitutunun (RKI) hesabatına görə, 2026-cı ilin 15-ci həftəsindən 31-ci həftəsinə qədər ölkədə yüksək temperaturla əlaqəli 12 500-ə yaxın ölüm qeydə alınıb.

Ölənlərin böyük hissəsini yaşlı insanlar təşkil edib. Onlardan 6 270-i 85 yaşdan yuxarı, 3 110-u 75-84 yaş aralığında, 1 900-ü isə 65-74 yaş arasında olub.

Ən çox ölümün iyunun 22-29-da baş verdiyi qeyd edilib. Həmin dövrdə təxminən 9 600 nəfərin həddindən artıq isti səbəbindən öldüyü təxmin edilir.

Qeyd edək ki, iyunun 28-də Almaniyanın Brandenburq əyalətində temperatur 41,7 dərəcəyə yüksələrək rekord həddə çatıb.

RKI-nın iyulun 9-da açıqladığı əvvəlki hesabatda isə ilin 15-26-cı həftələri arasında isti hava ilə əlaqəli təxminən 5 120 ölümün qeydə alındığı bildirilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki