İspaniya Super Kuboku oyunları İstanbulda keçiriləcək

2027-ci il İspaniya Super Kuboku oyunları 2-7 fevral tarixlərində İstanbulda keçiriləcək.

Referans Media xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının açıqlamasına görə, turnirdə “Barselona”, “Real Madrid”, “Real Sosyedad” və “Atletiko Madrid” mübarizə aparacaq. Qarşılaşmalar Atatürk Olimpiya Stadionunda oynanılacaq.

Federasiya turnirə ev sahibliyi etmək üçün yeddi ölkədən daxil olan təklifləri qiymətləndirib və İstanbul üzərində qərar verib.

Qeyd edək ki, İspaniya Super Kuboku dünyanın 150-dən çox ölkəsində yayımlanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki