Baş idarə əməliyyat keçirdi: narkokuryerlər həbs edildibackend

Baş idarə əməliyyat keçirdi: narkokuryerlər həbs edildi

  Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının

alınması məqsədi ilə silsilə əməliyyat tədbirləri davam etdirilir.

Referans xəbər verir ki,Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, Xəzər, Abşeron və İmişli rayonlarında keçirilən sonuncu

əməliyyatlar zamanı narkokuryerlər – 56 yaşlı Kamil Hüseynzadə, 48 yaşlı Eldəniz Musayev və 44 yaşlı Rəşad İsmayılov saxlanılıblar.

Onlardan ümumilikdə 27 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən saxlanılan şəxslər narkotik vasitələrin satışını təşkil

etməyi planlaşdırıblar.

Faktlarla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əməliyyatlar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki