Belçikada təsirini artıran isti hava dalğası səbəbindən ölkənin böyük hissəsində narıncı səviyyəli hava xəbərdarlığı elan olunub.
Belçika Kral Meteorologiya İnstitutunun məlumatına görə, ölkənin daxili bölgələrində havanın temperaturunun 37 dərəcəyədək yüksələcəyi gözlənilir. Sahil ərazilərində isə dənizin təsiri ilə temperaturun 30 dərəcədən aşağı olacağı proqnozlaşdırılır.
Qeyd olunub ki, Qərbi Flandriya və Şərqi Flandriya bölgələrində narıncı deyil, sarı səviyyəli xəbərdarlıq qüvvədə olacaq. Çərşənbə axşamı temperaturun 31, çərşənbə günü isə 28 dərəcə ətrafında olacağı gözlənilir.
Narıncı xəbərdarlıq yüksək risk yaradan isti hava şəraitini ifadə edir. Vətəndaşlara günün ən isti saatlarında açıq havaya çıxmamaq, bol maye qəbul etmək və ağır fiziki fəaliyyətlərdən çəkinmək tövsiyə olunur.
