Belçikada iyunun sonlarında müşahidə olunan isti hava dalğası zamanı Avropada ən yüksək əlavə ölüm göstəricisi qeydə alınıb.
Avropa Ölüm Monitorinq Şəbəkəsinin (EuroMOMO) məlumatına görə, ölkədə əlavə ölüm göstəricisi 48 faiz təşkil edib. Müqayisə üçün, bu göstərici Fransada 23 faiz, Niderlandda isə 13 faiz olub.
Məlumata əsasən, həddindən artıq istilərdən sosial-iqtisadi baxımdan daha əlverişsiz bölgələrdə yaşayan insanlar daha çox zərər görüblər. Mütəxəssislər Belçikada yüksək urbanizasiyanın sərinləmə imkanlarını məhdudlaşdırdığını və bunun da isti havanın təsirini artırdığını bildirirlər.
Belçika İctimai Səhiyyə İnstitutunun (Sciensano) məlumatına görə, iyundakı isti hava dalğası və iyulun ilk günlərində ölkədə təxminən 2 min əlavə ölüm qeydə alınıb.
