Belçikada isti hava dalğası Avropada ən yüksək əlavə ölüm göstəricisinə səbəb olub

Avropa Ölüm Monitorinqi Şəbəkəsinin (EuroMOMO) məlumatına görə, Belçikada iyunun sonundakı isti hava dalğası zamanı 48 faizlə Avropada ən yüksək əlavə ölüm göstəricisi qeydə alınıb.

Müqayisə üçün, bu göstərici Fransada 23 faiz, Niderlandda isə 13 faiz olub.

Mütəxəssislər bildirirlər ki, həddindən artıq istilərdən xüsusilə sosial-iqtisadi baxımdan daha həssas bölgələrdə yaşayan insanlar daha çox zərər görüb. Həmçinin Belçikada yüksək şəhərləşmə səviyyəsinin sərinləmə imkanlarını məhdudlaşdırdığı və istilərin təsirini artırdığı qeyd olunur.

Belçikanın İctimai Səhiyyə İnstitutunun (Sciensano) məlumatına əsasən, iyunun sonu və iyulun ilk günlərində isti hava dalğası ilə əlaqədar ölkədə təxminən 2 min əlavə ölüm qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki