Bərənin çevrilməsindən sonra yüzlərlə sərnişin xilas edilməsini gözləyir - VİDEO

Şimali Kiprin Girne şəhəri sahillərində yüzlərlə sərnişinin olduğu bərə çevrilib. Sərnişinlər xilasetmə qruplarının köməyini gözləyir.

Referans Media xəbər verir ki, “Filo Denizcilik” şirkətinə məxsus gəmi Girne limanından yola düşdükdən sonra şəhər sahilindən təxminən 2-2,5 kilometr aralıda batmağa başlayıb.

Bərə Türkiyənin Taşucu limanına istiqamətlənirmiş. Gəmi su almağa başlayıb və nəticədə çevrilib.
 

Sərnişinlər gəminin göyərtəsindən onun alt hissəsinə çıxaraq kömək gözləməyə məcbur olublar. Yaxınlıqda olan qayıqlar sərnişinlərin köməyinə gəlib.


Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Lakin onların dəqiq sayı və vəziyyəti hələlik məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki